DÜNYA


BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar barədə qətnamə qəbul edib

Tokio, 6 avqust, AZƏRTAC 

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qətnamə qəbul edib. ABŞ-ın təklif etdiyi yeni sanksiyaları bütün ölkələr dəstəkləyib.

Son sanksiyalar iyulda Pxenyan tərəfindən iki qitələrarası raketin buraxılması ilə əlaqədardır.

Yeni sanksiyalar BMT-yə daxil olan ölkələrə Şimali Koreyadan kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalına qadağa qoyur. Eyni zamanda, bu ölkələr Şimali Koreyadan olan işçilərin sayını artıra və bu ölkə ilə birgə müəssisələr təşkil edə bilməzlər. Bundan əlavə, əvvəllər yaranmış birgə müəssislərə investisiya yönəldilməsi də qadağan edilir. Güman olunur ki, yeni sanksiyalar Şimali Koreyanın ixracdan əldə etdiyi illik gəlirin üçdə birə qədər azalmasına səbəb olacaq. Diplomatların qənaətinə görə, bu rəqəm təqribən 3 milyard dollara bərabərdir.

Qətnamə, həmçinin Şimali Koreyanın doqquz vətəndaşının və dörd şirkətinin BMT-nin qara siyahısına salınmasını da nəzərdə tutur. Onların aktivləri dondurulur. Şimali Koreyanın xaricdə yerləşən böyük valyuta bankı da həmin siyahıya daxildir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.