SİYASƏT


BMT Təhlükəsizlik Şurasında terror hücumlarının qarşısının alınmasına yönələn qətnamə qəbul olunub

Bakı, 14 fevral, AZƏRTAC

BMT Təhlükəsizlik Şurası açıq iclasda mühüm infrastruktur obyektlərinə terror hücumlarının qarşısının alınması istiqamətində qətnamə qəbul edib.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, qətnamədə xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinə hücumların qarşısının alınması işində beynəlxalq əməkdaşlığı möhkəməndirməyin zəruriliyi vurğulanır.

Qətnamə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Ukraynanın təşəbbüsü ilə qəbul edilib. Ukraynanın BMT yanında daimi nümayəndəsi Vladimir Yelçenko bu təşkilatın Xəbərlər Xidmətinə müsahibəsində deyib ki, söhbət neft kəmərlərinə, elektrik stansiyalarına hücum təhlükəsindən, kibertəhlükədən, aeroportlara, dəniz yollarına, yəni hər bir insan üçün əhəmiyyət kəsb edən obyektlərə hücum təhlükəsindən gedir. Onun sözlərinə görə, yeni qətnamə bu cür terror təhlükələri yarandığı hallarda ölkələrin bir növ davranış kodeksidir.

Qətnamədə iştirakçı dövlətlər xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin məhvinə və ya dezaktivasiyasına yönələn terror aktlarına, habelə bu cür hücumları planlaşdırmağa, hazırlamağa, maliyyələşdirməyə və material-texniki dəstək göstərməyə görə cinayət məsuliyyəti təyin etməyə çağırılır.

Beynəlxalq Polis Təşkilatı – “Interpol”un baş direktoru Yurgen Ştok deyib ki, infrastruktur faktiki olaraq bizim gündəlik yaşayışımızı təmin etmək sistemidir. Onsuz vətəndaşların sağlamlığını və təhlükəsizliyini, habelə cəmiyyətin iqtisadi inkişafını təmin etmək olmaz.

“Təkcə bir terror aktı bir sıra xüsusi əhəmiyyət kəsb edən sistemlərin fəaliyyətini pozmağa və bütün dünyada zəncirvari reaksiya törətməyə qadirdir. Şəhər və infrastrukturlar nə qədər sürətlə inkişaf edirsə, terrorçular da yeni silah növünü bir o qədər fəal mənimsəyirlər”, - deyə Yurgen Ştok vurğulayıb. Onun sözlərinə görə, terrorçular əldəqayırma partlayıcı qurğulardan, “intihar kəməri”ndən, pilotsuz hava sistemlərindən istifadə edir, kompüter sistemlərini sındırırlar. İnfrastruktur obyektlərini yalnız o halda qorumaq olar ki, bu cür aktlara qarşı birgə hazırlıq görülsün, onların qarşısı alınsın və onlara lazımi şəkildə cavab verilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.