DÜNYA
BMT Təhlükəsizlik Şurasının beş yeni üzvü seçilib
Bakı, 2 iyun, AZƏRTAC
Qvineya, Kot-d'İvuar, Küveyt, Peru və Polşa bu gün 2018-2019-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) yeni üzvləri seçilib. Bunu səslər sayıldıqdan sonra BMT Baş Assambleyası sessiyasının sədri Piter Tomson elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kot-d'İvuarı BMT-yə üzv dövlətlərin 189-u dəstəkləyib, Küveyt 188, Qvineya 185, Polşa 190, Peru isə 186 səs alıb. Bu ölkələr TŞ-də gələn il yanvarın 1-dən Misir, Seneqal, Yaponiya, Uruqvay və Ukraynanı əvəz edəcəklər.
Xatırladaq ki, BMT TŞ-yə 15 ölkə daxildir: beş daimi üzv – Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa, habelə hər il yarısı yenilənən 10 müvəqqəti üzv.
Təhlükəsizlik Şurasının işinə TŞ-yə üzv dövlətlərdən birini təmsil edən sədr rəhbərlik edir. İyun ayında bu funksiyanı Boliviya yerinə yetirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]