DÜNYA


BMT Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyaya  qarşı vahid fikrə gələ bilməyiblər

Tokio, 6 iyul, AZƏRTAC 

BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Şimali Koreyaya qarşı cavab tədbirləri ilə əlaqədar vahid fikrə gələ bilməyiblər. Bu ölkə iyulun 4-də ilk qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyi barədə məlumat yayıb.

NHK telekanalının yaydığı məlumata görə, BMT TŞ-nin üzvləri Şimali Koreyanın bu addımına qarşı cavab tədbirlərini müzakirə etmək üçün iyulun 5-də toplaşsalar da, bu məsələdə vahid mövqeyə gələ bilməyiblər.

İclas zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi xanım Nikki Heyli bildirib ki, ehtiyac yaranacağı təqdirdə onun ölkəsi özünü və müttəfiqlərini qorumaq üçün hərbi güc tətbiq etməyə hazırdır.

Xanım N.Heyli əlavə edib ki, yaxın günlərdə beynəlxalq ictimaiyyəti Şimali Koreyanın güclənməkdə olan təxribatlarına qarşı daha ciddi, bərabər səviyyəli addımların atılmasına çağıran BMT TŞ-nin yeni qətnaməsinin layihəsini təqdim edəcək. Daimi nümayəndə iştirakçılara bu ölkəyə neft məhsullarının ixrac limitini müəyyən edən, hava və dəniz nəqliyyatı daşımalarını azaldan yeni sanksiyaların tətbiqinə çağırıb.

Çinin qurumdakı dami nümayəndəsi Lyu Tszei bildirib ki, məsələdə maraqlı tərəflər Koreya yarımadasındakı gərginliyi azaltmaq üçün Pxenyan ilə danışıqlara çalışmalıdırlar.

İclasda Rusiya Çinin mövqeyini dəstəklədiyini bildirib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.