DÜNYA


BMT blokçeyn texnologiyası əsasında rəqəmli eyniləşdirmə sistemini təqdim edib

Bakı, 22 iyun, AZƏRTAC

"Microsoft" və "Accenture" şirkətləri BMT-nin şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxslər üçün beynəlxalq eyniləşdirmə sisteminin qurulması üzrə layihəyə qoşulub. Layihə çərçivəsində blokçeyn texnologiyasının tətbiqi nəticəsində pasportu olmayan insanların şəxsiyyətini müəyyənləşdirməyə imkan verən rəqəmli sistem yaratmaq planlaşdırılır.

AZƏRTAC "hitech.vesti.ru" saytına istinadən xəbər verir ki, dünyada şəxsiyyəti təsdiq edən sənədi olmayan 1,1 milyard insan yaşayır. BMT-nin Nyu-Yorkda keçirilmiş sammitində təqdim edilmiş sistemin prototipi "adsız" insanlara təhsil və səhiyyə kimi xidmətlərdən yararlanmağa imkan verəcək.

Şəxslərin eyniləşdirilməsi üçün indi əsasən bank əməliyyatları və bitkoin kimi elektron valyutaların izlənilməsində istifadə edilən blokçeyn texnologiyası tətbiq ediləcək. Məsələn, vətəni tərk etmiş, doğum haqqında şəhadətnaməni və diplomunu orada qoymuş qaçqın bu sistem sayəsində öz kimliyini sübut edə, həmçinin elektron formada lazımi sənədləri təqdim edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.