İQTİSADİYYAT


BMT ekspertləri: nəqliyyat təhlükəsiz, əlyetərli və enerjiqoruyucu olmalıdır

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

BMT ekspertləri əhaliyə nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasına dair tövsiyələr dərc ediblər.

Əhaliyə nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasına dair tövsiyələrin işlənib hazırlanması üçün BMT-nin Baş Katibi tərəfindən təyin edilmiş beynəlxalq ekspertlər qrupunun gəldiyi nəticə bundan ibarətdir ki, nəqliyyat təhlükəsiz, əlyetərli və enerjiqoruyucu olmalıdır.

Ekspertlər qrupunun üzvü Xose Viyeqas deyib: “Əsas məsələ nəqliyyat vasitələrinin əlyetərli olmasıdır. Nəqliyyat insanlara xidmət etməli və inkişafa şərait yaratmalıdır. Söhbət nəqliyyatın sürətindən yox, cəmiyyətin bütün üzvlərinin keyfiyyətli nəqliyyatdan istifadə edə bilməsi üçün şərait yaradılmasından gedir”.

AZƏRTAC BMT Radiosuna istinadla xəbər verir ki, ekspertlər onların tövsiyələrindən hər bir ölkədə mövcud iqtisadi səviyyəyə uyğun olaraq istifadə olunmasını təklif edirlər. Məsələn, əgər nəqliyyatdan istifadə məsələsi müsbət həll edilibsə, onda tıxaclarla mübarizə və atmosferə zərərli tullantıların azaldılması üzrə tədbirlər görmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.