CƏMİYYƏT


BMT-nin Azərbaycandakı nümayəndəliyində FHN qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 2-də BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının praktikada yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə, o cümlədən yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılması, nazirliyin xilasetmə bölmələri və nümayəndəliyin əməkdaşlarının xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyət imkanlarının qiymətləndirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.