DÜNYA


BMT-nin Baş katibi Kiprin birləşməsinə dair danışıqları dəstəkləyəcək

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

BMT-nin Baş katibi Pan Gi Mun Kiprin birləşməsi üzrə danışıqlara öz dəstəyini vəd edib. O, bu barədə Kipr Respublikasının Prezidenti Nikos Anastasiadis və Şimali Kiprin lideri Mustafa Akıncı ilə görüşündən sonra bildirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, danışıqlardan sonra Pan Gi Mun hər iki siyasətçinin müşayiəti ilə jurnalistlər qarşısına çıxaraq onların bir-birinin əlini sıxmasına təkid edib.

Xatırladaq ki, BMT-nin himayəsi altında Kiprin birləşməsi üzrə danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevral ayında bərpa olunub. Həmin vaxtdan etibarən adanın yunan və türk icmalarının liderləri arasında artıq 8 görüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.