İQTİSADİYYAT


“BMT-nin Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin iclası başa çatıb

Bakı, 20 iyun, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Nyu–York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27–ci iclası işini yekunlaşdırıb.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, administrasiyanın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın təmsil olunduğu mötəbər tədbirdə ölkəmizin ilk dəfə iştirakı müsbət dəyərləndirilib. Vurğulanıb ki, bu iştirak gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz uğurlu töhfəsini verəcək.

Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982–ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulması, Dəniz Dibi üzrə Beynəlxalq Orqanın baş katibi Maykl Loc tərəfindən yüksək qiymətləndirilib.

İclasda, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçilib, xarici auditorun 2015–2016-cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015–2016-cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə baş katibin hesabatı dinlənilib, rəsmi sənədlərə dair BMT–nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26–cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşkilatların siyahısı, BMT–nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın bir sıra iştirakçı dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.