Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BMT-nin İşgəncələrə qarşı Komitəsinin 2003-cü il aprelin 28-dən mayın 17-dək Cenevrə şəhərində keçiriləcək növbəti sessiyasında Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza növ-lərinə qarşı Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci dövri hesabatına baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nü-mayəndə heyətinin tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. BMT-nin İşgəncələrə qarşı Komitəsinin 2003-cü il aprelin 28-dən mayın 17-dək Cenevrə şəhərində keçiriləcək növbəti sessiyasında Birləşmiş Millətlər Təşki-latının İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cə-za növlərinə qarşı Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin ikinci dövri hesabatına baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:

Nümayəndə heyətinin başçısı:

Xələf Xələfov --Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Nümayəndə heyətinin üzvləri:

Aydın Qasımov --Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Oruc Zalov --Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Ramiz Rzayev --Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini

Baxış Zeynalov --Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Sərdar Kərimov --Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 fevral 2003-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin