Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyasında Azərbaycan həqiqətlərindən danışılıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyasında Azərbaycan həqiqətlərindən danışılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyasında iştirak edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Q.Sadıqov BMT-nin qaçqınlar üzrə ali komissarının proqramının 66-cı sessiyası çərçivəsində əfqan qaçqınlarının vəziyyətinə həsr olunan yüksək səviyyəli seqmentdə çıxış edib.

Şöbə müdiri deyib ki, Əfqanıstanda qaçqınlarla bağlı vəziyyət Azərbaycan Hökuməti tərəfindən dərin narahatlıqla qarşılanır. Əfqanıstanda uzun müddət qaçqın probleminin davamlı həlli yollarının tapılmaması və bu günə qədər bu istiqamətdə istənilən nəticənin əldə edilməməsi Azərbaycan tərəfini narahat edən əsas məsələdir. Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Əfqanıstanda fəaliyyətini yüksək qiymətləndirir və onu tam dəstəkləyir.

Qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin qeydiyyatında olan 1500-dən artıq qaçqın və sığınacaq axtaran şəxsin (əvvəllər onların sayı 11000 nəfərdən çox olub) təqribən yarısı Əfqanıstan vətəndaşlarıdır. Onların Azərbaycana maneəsiz daxil olmasına və qalmasına Azərbaycan Hökuməti tərəfindən şərait yaradılmaqla bərabər, BMT QAK-ın ölkədə fəaliyyət göstərən ofisi onların əsas ehtiyaclarının ödənilməsi, tibb, təhsil və digər sosial xidmətlərdən yararlanmaları üçün sistemli proqramlar həyata keçirir. Öz ölkələrinə geri dönən və ya daimi məskunlaşmaq məqsədilə üçüncü ölkələrə göndərilən əfqanlara da müvafiq prosedurlar gözlənilməklə hökumət tərəfindən dəstək göstərilir.

Bununla yanaşı, ötən müddət ərzində Azərbaycan Prezidentinin Sərəncamı ilə 14 nəfər əfqana Azərbaycan Respublikasının vətəndaşlığı verilib. Hazırda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında 104 nəfər, daimi yaşamaq üçün icazə vəsiqəsi əsasında isə 84 nəfər Əfqanıstan vətəndaşı Azərbaycanda yaşayır.

Diqqətə çatdırılıb ki, beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində meydana çıxan və hələ də davam etməkdə olan məcburi köçürülmə probleminin ağır fəsadları ilə üzləşən Azərbaycan Əfqanıstan Hökuməti qarşısında dayanan, olduqca mürəkkəb və kompleks yanaşma tələb edən qaçqın probleminin ağırlığını çox yaxşı anlayır.

Azərbaycan Əfqanıstanda gedən proseslərə və onun nəticələrinə biganə qalmayaraq öz imkanları çərçivəsində bu ölkəyə müxtəlif yönümlü yardımlar göstərir. Azərbaycanda ADA Universiteti NATO təlim kurslarına əlavə olaraq, Əfqanıstandan olan rəsmilər üçün illik idarəçilik təlimləri keçirir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik minalar üzrə maarifləndirici layihələr icra edir. Əfqanıstan vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dörd illik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir və tərəfimizdən Əfqanıstanda məktəb tikintisi həyata keçirilir. Qeyd edilən istiqamətlər üzrə bütün xərclər Azərbaycan tərəfindən ödənilir. Azərbaycan Hökuməti təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq Əfqanıstanın özünə inamını dəstəkləyir.

Vurğulanıb ki, Əfqanıstanın uğurlu gələcəyi əhatəli yanaşdıqda qonşu dövlətlərdən də asılıdır və bu baxımdan biz prosesin müvəffəqiyyətlə həyata keçməsi üçün birgə səylərimizi artırmalıyıq.

Q.Sadıqov çıxışında qaçqınlarla bağlı baş verən məlum hadisələrə dair bir neçə məqama da toxunub. O deyib ki, son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi öz həyatını itirənlərin və evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artması ilə müşayiət olunub. Müharibələrin baş verdiyi Yaxın Şərq və Şimali Afrikadan Avropa istiqamətində presedenti olmayan kütləvi miqrasiya halları və bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla çoxsaylı günahsız insanların ölümü olduqca sarsıdıcı təsir bağışlayır. “Cari hadisələri nəzərə alaraq, Yaxın Şərq və Afrikadakı silahlı münaqişələrdən qaynaqlanan qaçqın böhranı ilə bağlı dərin narahatlığımızı ifadə etmək istərdik. Biz eyni dərəcədə dini dözümsüzlük, xüsusilə islamofobiya və dinləri terrorizmlə əlaqələndirmək cəhdləri kimi hallardan da narahatıq”, - deyə o əlavə edib.

x x x

Qurban Sadıqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin əfqan qaçqınlarının vəziyyətinə həsr olunan 66-cı sessiyasında ümumi müzakirələrdə də çıxış edib. O bildirib ki, bəzi ölkələrdə miqrantlara qarşı dini dözümsüzlük, ayrı-seçkilik, ksenofobiya, xüsusilə də islamofobiya halları problemi mürəkkəbləşdirərək vəziyyəti daha da ağırlaşdırır.

Şöbə müdiri deyib: “Biz beynəlxalq ictimaiyyətin ilk növbədə yeni silahlı münaqişələrin baş verməsinə imkan verməməsinə və mövcud olan münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında səmərəli şəkildə həll yolları axtarmalı olmasına inanırıq. Kövrək insanların problemlərinin həll edilməsində dövlətlər ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlar, BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi də əhəmiyyətlidir”.

Beynəlxalq sərhədləri keçən insanlar beynəlxalq qaçqın hüququ ilə müəyyən edilmiş normalarla müdafiə olunurlar. Bununla belə, eyni prinsip müdafiəsi beynəlxalq hüquqda kifayət qədər nəzərdə tutulmayan və müəyyən edilməyən məcburi köçkünlərə şamil olunmur. Mövcud beynəlxalq hüquq kifayət qədər müdafiəni təmin edə bilməyən hüquqi boşluğa malikdir. Belə ki, məcburi köçkünlərə şamil oluna biləcək heç bir məcburi sənəd yoxdur. Bu gün artıq BMT-nin məcburi köçkünlərə dair əsas prinsiplərində (UN Guiding Principles on IDPs) öz əksini tapmış qayda və normalar əsasında öhdəlik daşıyıcı sənədin işlənib hazırlanmasının nəzərdən keçirilməsi üçün uyğun zaman ola bilər.

Məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan hərbi təcavüz insanların öz doğma yurdlarından didərgin düşmələrinə səbəb olub ki, bu məsələ hələ də həllini gözləyir. Ermənistanda aparılan etnik təmizləmə nəticəsində bu ölkədən və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayondan olan qaçqın və məcburi köçkünlərin sayı təqribən 1 milyon 200 min nəfərdən çoxdur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. Bununla yanaşı, sürətli iqtisadi inkişafı sayəsində Azərbaycan üçüncü ölkələrdən gələn çoxsaylı miqrantlar üçün hədəf ölkəsinə çevrilib. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək Suriyadan olan erməni əsilli qaçqınları işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirir. Bu da, əlbəttə, Ermənistan tərəfindən Azərbaycana münasibətdə davam etdirilən etnik təmizləmə siyasətinin və hərbi təcavüzün nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti addımdır.

Azərbaycan Hökuməti öz doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini öz üzərinə götürüb, ötən illər ərzində bu insan qrupunun ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb. Son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Bu, ilk növbədə daha yaxşı mənzil şəraitinin təmini və məcburi köçkünlər arasında yoxsulluq dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnib. 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün çadır düşərgəsi (ümumilikdə 12 çadır düşərgəsi) ləğv edilib. Bizim məcburi köçkünlərin sosial, təhsil, tibb və iqtisadi dayanıqlılığının gücləndirilməsi istiqamətindəki nailiyyətlərimiz müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Hökumət tərəfindən edilmiş böyük səylərə baxmayaraq, məcburi köçkün probleminin tam həlli hələ mümkün deyil. Bu günədək 400 min məcburi köçkün köhnə və yararsız evlərdə çətin şəraitdə yaşamaqda davam edir. Ölkədəki məcburi köçkün probleminin böyük həcmi və hələ də davam etməsi səbəbindən beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyac duyulmaqdadır.

Vurğulanıb ki, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi çox aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz evlərinə və əmlakına ləyaqətlə qayıtmaq hüququ təmin olunmalıdır.

Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla əməkdaşlıqda “Böyük qayıdış” adlı müfəssəl Proqram işləyib hazırlayıb ki, o, münaqişənin həllindən sonra könüllü qayıdış prinsipini müəyyən edir və insanların məcburi köçkünlükdən normal həyat tərzinə qaytarılmasını təmin edir. Ümidvar olduğumuzu bildiririk ki, həmin proqramın həyata keçirilməsi üçün tezliklə lazımi şərait yaradılacaq.

Qeyd edilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqi müdafiəsi üçün Azərbaycanda mükəmməl hüquqi baza yaradılıb. Azərbaycan digər ölkələrdən, təqribən yarısı Əfqanıstandan olmaqla, 1500-dən artıq qaçqın və sığınacaq axtaran şəxsə ev sahibliyi edir. Həmin şəxslər üçün davamlı həll yollarının müəyyənləşdirilməsi və tətbiq olunması məqsədilə Azərbaycan Hökuməti BMT QAK ilə sıx əməkdaşlıq şəraitində məqsədyönlü iş aparır. BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin birgə təşəbbüsü ilə əlavə himayənin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində müvafiq dəyişiklik edilməsi üçün prosedur artıq başlanıb. Azərbaycan Respublikasında indiki dövrdə əlavə himayə imkanından yararlanacaq potensial şəxslər məhz Əfqanıstan vətəndaşlarıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib