CƏMİYYƏT
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi təlim təşkil edəcək
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədi qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsinin gücləndirilməsi üçün milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində DMX-nin işçi heyətinin potensialını genişləndirməkdən ibarətdir.
Moldova Miqrasiya Xidmətinin nümayəndələri də təlimə iştirak etmək və təcrübə mübadiləsi aparmaq üçün Bakıya gələcəklər.
Azərbaycan ötən ilin aprelində fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən ölkələrdən biridir. İkiillik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilərək Ali Komissarlıq tərəfindən həyata keçirilir. Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edən layihə bu ölkələrdə sığınacaq prosedurunu və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.