RƏSMİ SƏNƏDLƏR


BMT-nin baş katibi Antonio Quterreşdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz böyük gözləntilərin və eyni zamanda, dərin təhlükələrin olduğu bir dövrdə yaşayırıq. Mən bu ili bütün dünyada sülhə çağıran müraciətlə başladım. İnsan ailəsi olaraq bütün əldə etməyə çalışdıqlarımız - ləyaqət və ədalət, inkişaf və firavanlıq sülhdən asılıdır. Bu dəyərlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əksini tapıb və bizi bir-birimizə bağlayır.

Mən Sizin ölkənizi təqdir edir, bununla bərabər bildirirəm ki, dünyada getdikcə artan ixtilafların fonunda BMT-nin çoxşaxəliliyi bizim ümumi işimizi gücləndirir və ümumbəşəri dəyərlərə malik olduğumuzu təsdiqləyir.

Siz bu əlamətdar bayramı qeyd edərkən, daha güclü Birləşmiş Millətlər Təşkilatının qurulması üçün ölkənizin fəal iştirakına və töhfələrinə, ortaq səylərimizlə hər kəs üçün sülh, tərəqqi və insan hüquqlarının təmin olunması işində köməyinə arxalanıram.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Antonio Quterreş

BMT-nin baş katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin