DÜNYA


BMT-nin baş katibi Təhlükəsizlik Şurasının islahatlarına tərəfdar olduğunu bildirib

Tokio, 8 yanvar, AZƏRTAC

NHK televiziya kanalının yaydığı məlumata görə, BMT-nin yeni baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının islahatlarına tərəfdar olduğunu bildirib.

Yaponiya xarici işlər nazirinin müavini Şinsuke Suqiyama yanvarın 6-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında A.Quterreşlə görüşüb. A.Quterreş rəsmi olaraq BMT-nin baş katibi vəzifəsinin icrasına cari il yanvarın 1-də başlayıb.

Ş.Suqiyama jurnalistlərə bildirib ki, baş katiblə görüş zamanı o, Yaponiyanın bu beynəlxalq təşkilatla əməkdaşlığı daha da fəallaşdırmaq niyyətini A.Quterreşin diqqətinə çatdırıb.

Öz növbəsində A.Quterreş yaponiyalı nazir müavininə deyib ki, Təhlükəsizlik Şurasının tərkibinin yarım əsrdən çox müddətdə sabit qalması ilə bağlı vəziyyəti dəyişmək lazımdır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin tərkibi 1965-ci ildə dəyişdirilərək 4-dən 10-a qaldırılıb. Bununla yanaşı, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı dəyişməz qalıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.