İQTİSADİYYAT


BMT-nin iclasında aviasiya terrorizminin qarşısının alınması yolları müzakirə edilib

Bakı, 10 iyul, AZƏRTAC

BMT-nin iclasında aviasiya terrorizminin qarşısının alınması yolları müzakirə edilib.

Dünyanın bütün dövlətləri aeroportlarda yoxlama prosedurlarını və nəzarəti, habelə mülki aviasiyada terror təhlükəsinin qarşısının alınması məqsədilə aeroport infrastrukturlarının təhlükəsizliyini möhkəmləndirməlidirlər.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikri Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi ilə keçirilən iclasın iştirakçıları söyləyiblər.

ICAO-nun baş katibi Fan Lyu vurğulayıb ki, terrorçu qruplar aeroportlarda təhlükəsizliyin təmini sistemində istənilən boşluqdan istifadə etməyə çalışırlar. Beynəlxalq birliyin vəzifəsi əməkdaşlıq yolu və yoxsul ölkələrə texniki yardım göstərməklə bu boşluqları aşkar etmək və aradan qaldırmaqdır. Hər gün dünyada 100 min mülki təyyarə 10 milyon sərnişin daşıyır. Aviareyslərdə sərnişinlərin sayı ildə 3,5 milyard nəfər təşkil edir.

Belçika, Türkiyə və Birləşmiş Ştatlarda aeroportlara hücumlar, Somalinin “Daallo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba partlayışı aviasiyada terror təhlükələrinə dair ciddi xəbərdarlıqlardır.

Fan Lyu vurğulayıb ki, ICAO-nun himayəsi altında hava hərəkəti təhlükəsizliyinin təmin olunmasına dair bir sıra standartlar, prinsiplər və təlimatlar hazırlanıb və Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının əlavələrinə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.