CƏMİYYƏT
BMT-nin təqviminə Beynəlxalq Asteroid Günü daxil edilib
Bakı, 8 dekabr, AZƏRTAC
BMT-nin əlamətdar günləri təqviminə yeni bayram daxil edilib. BMT-nin Baş Assambleyası iyunun 30-nu Beynəlxalq Asteroid Günü elan edib. Qərar BMT-nin Kosmos üzrə Komitəsinin tövsiyəsi ilə qəbul olunub. Beləliklə, BMT-də Yerə asteroidin düşməsi təhlükəsini geniş ictimaiyyətin diqqətini cəlb etməyə ümid edirlər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Günəş sistemində böyük miqdarda planetlər və asteroidlər hərəkət edir. Bu kiçik səma cisimləri Günəş ətrafında, eləcə də Mars və Yupiter arasında dolaşır. Asteroidlər Günəş və Yerin ölçüləri baxımından kiçik olsalar da, Yerə düşdüyü halda çox ciddi ziyan vura bilər.
Beynəlxalq gün üçün iyunun 30-u tarixinin seçilməsi təsadüfi deyil. Məhz 1908-ci il iyunun 30-da məşhur Tunqus meteoriti Yerə düşüb. Bu hadisə indiyə qədər, hətta alimlərdə böyük maraq doğurur.