ELM VƏ TƏHSİL


BMT-nin xüsusi proqramının regional görüşündə Azərbaycan da təmsil olunub

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 22-23-də Bişkekdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramının (SPECA) "Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması" mövzusunda keçirilən regional görüşündə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı təmsil edib. Görüş çərçivəsində SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyası təşkil olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Almaniya, Belçika, Ukrayna, Birləşmiş Krallıq, Belarusiya, Niderland və s. ölkələrdən nümayəndələr iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə dayanıqlı inkişaf üçün fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. SPECA-nın biliklərə əsaslanan inkişafı üzrə İşçi Qrupunun 9-cu sessiyasında Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyanın yaradılması üzrə regional seminarın nəticələri müzakirə edilib. 2018-2019-cu il üçün SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun fəaliyyət proqramı qəbul edilib. Növbəti il üçün İşçi Qrupunun sessiyasının keçiriləcəyi ölkə ilə bağlı təkliflər irəli sürülüb.

AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşı Vüsal Süleymanlı Azərbaycanda bilik iqtisadiyyatının və elm, dövlət, sənaye əsaslı innovasiya ekosisteminin inkişafı mövzusunda təqdimatla çıxış edib. O, ölkəmizdə dayanıqlı inkişaf məqsədləri üçün görülən işlər, startap ekosistemindəki son durum, bu sahədəki fəaliyyət planı barədə məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.