İQTİSADİYYAT
BMT tarixində məlumatlardan istifadə məsələlərinə dair ilk dəfə keçirilən Dünya Forumunun yekunlarına əsasən Qlobal Fəaliyyət Planı hazırlanıb
Bakı, 19 yanvar, AZƏRTAC
Keyptaunda BMT tarixində məlumatlardan istifadə məsələlərinə dair ilk dəfə keçirilən Dünya Forumunun işi başa çatıb. Forumun yekunlarına əsasən, davamlı inkişaf sahəsində məlumatlara dair Qlobal Fəaliyyət Planı hazırlanıb. AZƏRTAC BMT radiosuna istinadla xəbər verir ki, həmin sənəd mart ayında BMT-nin Statistika Komissiyasının sessiyasında BMT üzvü olan ölkələr tərəfindən rəsmən təsdiqlənəcək.
Qlobal planda dünya dövlətləri milli statistika sistemlərini modernləşdirməyə, innovasiyaları tətbiq etməyə, davamlı inkişaf məsələlərinə dair məlumatları yaymağa, tərəfdaşlıq əlaqələrini genişləndirməyə və resursları daha səmərəli səfərbər etməyə çağırılır.
Fəaliyyət planının müzakirəsində dünyanın 100-dən çox ölkəsində 1400-dən çox mütəxəssis, o cümlədən Azərbaycan Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.