DÜNYA


BMT və Avropa İttifaqı Tehranda törədilən terror aktlarını kəskin şəkildə pisləyib

Tehran, 8 iyun, AZƏRTAC

BMT-nin baş katibi Antonio Quterreş və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini iyunun 7-də səhər Tehranda törədilən terror aktlarını kəskin şəkildə pisləyiblər.

Xüsusi bəyanatla çıxış edən BMT-nin baş katibi dünya dövlətlərini beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Baş katib terror nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək İran rəsmilərini günahkarları tez bir zamanda aşkar edib cəzalandırmağa çağırıb.

Federika Moqerini Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığında İran xalqına və dövlətinə başsağlığı verib. Qeyd olunub ki, Avropa ölkələrinin paytaxtlarında baş verən terror aktı ilə Tehranda törədilən hadisənin hədəfi günahsız insanlar olub. Telefon danışığında radikal dini cərəyanlara qarşı mübarizənin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.