DÜNYA


BMT: zorakılıq və münaqişələr dünyaya ildə 13 trilyon dollar ziyan vurur

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

2015-ci ildə zorakılıq və münaqişələr səbəbindən dünya ictimaiyyəti ümumilikdə təxminən 13,6 trilyon dollar itirib. Bu barədə məlumatı BMT-nin Baş katibi Pan Gi Mun sentyabrın 21-də beynəlxalq təşkilatın Dünya Quruculuğu Fonduna dəstək üzrə keçirilən konfransında səsləndirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dövlətləri BMT-nin Dünya Quruculuğu Fonduna daha çox vəsait köçürməyə çağıran Baş katibin sözlərinə görə, təkcə 2015-ci ildə beynəlxalq ictimaiyyət sülhməramlı əməliyyatlara, həmçinin qaçqınlara və münaqişələr səbəbindən zərər çəkən insanlara etdiyi humanitar yardımlara 34 milyard dollar xərcləyib.

“Təhlükəli səviyyəyə çatan iqlim dəyişikliyi, iqtisadi böhranlar və maliyyə sarsıntıları, artan qeyri-bərabərlik və gənclər arasında işsizlik problemi münaqişələrə səbəb olur və insanlara güclü təzyiq göstərir. Uzun fasilədən sonra münaqişələrin sayı artmağa başlayıb. Dövlətlər arasında müharibələr azalsa da, ölkələrdə daxili toqquşmalar baş verir”, - deyə Pan Gi Mun vurğulayıb.

Xatırladaq ki, nizamnamə kapitalı 250 milyon dollar təşkil edən BMT-nin Dünya Quruculuğu Fondu 2006-cı ildə təsis olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.