DÜNYA


BMW-nin Çində yeni zavodu fəaliyyətə başlayıb

Pekin, 20 may, AZƏRTAC

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çində yeni yığım zavodunu işə salıb.

Şenyan şəhərində fəaliyyətə başlayan zavodun inşasına 1,11 milyard ABŞ dolları vəsait sərf olunub. Bununla BMW-nin Çindəki zavodlarının illik istehsal gücü 450 min avtomobilə çatacaq.

Çin BMW avtomobillərinin ən böyük bazarıdır. Ötən il BMW-nin Çindəki zavodlarında 316 min avtomobil istehsal olunub ki, bu da şirkətin dünya üzrə istehsalının 12,5 faizinə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.