İDMAN
BMX velosiped idmanı üzrə yarışlar başlandı [YENİLƏNİB] VİDEO
Kişilər arasında zamana qarşı yarışların superfinal mərhələsində isə Latviya təmsilçisi Edzus Treymanis 33.228 saniyəlik nəticə ilə birinci yerdə qərarlaşıb. İsveçrə velosipedçisi David Qraf (36.628) ikinci, Fransa idmançısı Amidu Mir (33.310) isə üçüncü pillədə yer alıblar.
17:04
Kişilər arasında zamana qarşı təsnifat yarışında ən yaxşı nəticəni fransalı Jores Daudet göstərib – 32.938 saniyə. İsveçrəli David Qraf 33.189 saniyəlik nəticə ilə ikinci, niderlandlı Tvan Van Qendt isə 33.540 saniyə ilə üçüncü olub.
Qadınlar arasında zamana qarşı yarışların superfinal mərhələsində isə almaniyalı Elke Vanhuf (36.628), danimarkalı Simone Kristensen (37.212) və çexiyalı Romana Labunkova (37.523) ilk üçlükdə qərarlaşıblar.
15:58
İlkin yarışlardan sonra qadınlar arasında Almaniyadan olan Elke Vanxuf liderlik edir, ikinci yerdə çexiyalı Aneta Xladkova, üçüncü yerdə Simona Kristensendir.
Sonra starta kişilər çıxıblar.
15:17
Bakı, 26 iyun, AZƏRTAC
Avropa Oyunları çərçivəsində Veloparkda BMX velosiped idmanı üzrə velosipedçilər starta çıxıblar.
AZƏRTAC xəbər verir ki, yarışa ilk olaraq qadınlar qoşulublar.