İDMAN
BOK QIŞ OLİMPİYA OYUNLARININ TELEVİZİYA İLƏ YAYIMLANMASI HÜQUQLARINI SATMIŞDIR
AZƏRTAC Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına istinadla xəbər verir ki, CTV və Rogers Communications teleşirkətləri 2010-cu ildə Vankuverdə (Kanada) keçiriləcək qış Olimpiya oyunlarının yayımlanması hüquqlarına sahib olmuşlar. Şirkətlər bunun üçün BOK-a 153 milyon ABŞ dolları ödəmişlər.
BOK-un prezidenti Jak Roqqun bununla bağlı bəyanatında deyilir: ”Mən Olimpiadanın yayımlanmasının televiziya üçün cəlbedici məhsul olduğu faktının bir daha təsdiqləndiyinə şadam. Bütün bunlar işimizin əla vəziyyətdə olduğunu göstərir”.
Onun sözlərinə görə, Olimpiya oyunlarının yayımlanmasının dəyəri 124 faiz artmışdır, çünki 2006 və 2008-ci illərin oyunlarının televiziya hüquqları 73 milyon dollara satılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]