İDMAN


BOK Rusiya yığmasını “Rio-2016” Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb

A+ A

Bakı, 24 iyul, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasını “Rio-2016” Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar iyulun 24-də BOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

İcraiyyə Komitəsi rusiyalı idmançıların və komandaların Yay Olimpiya Oyunlarında iştirakını təsdiqləmək üçün bütün səlahiyyətləri beynəlxalq idman federasiyalarına verib.

İclasda çıxış edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov rəhbərlik etdiyi qurumun bundan sonra beynəlxalq idman federasiyaları, BOK və Dünya Anti-dopinq Agentliyi (WADA) ilə daha sıx əməkdaşlıq edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.