DÜNYA
BP Afrika sahillərindəki təbii qaz yatığına 1 milyard dollar investisiya yatıracaq
Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın enerji nəhənglərindən olan BP şirkəti Mavritaniya və Seneqal sahillərindəki “Tortue” yatağının işlənməsi üçün “Kosmos Energy” şirkəti ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, BP Afrika sahillərindəki təbii qaz yatığına 1 milyard dollar investisiya yatıracaq. Müqaviləyə görə, BP “Kosmos Energy”nin Mavritaniyadakı istismar səhmlərinin 62 faizini və Seneqalda isə 32,5 faizini əldə edəcək.
BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyib: “BP-nin Mavritaniya və Seneqal bazarına daxil olması və dünya səviyyəli karbohidrogen yatağında “Kosmos Energy” şirkəti ilə birgə işləməsi strateji əhəmiyyət kəsb edir. Mavritaniya və Seneqal hökumətlərinin dəstəyi ilə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) mərkəzini yaratmaq üçün lazım olan bütün elementləri bir araya gətiririk”.
Şirkət yatağın təbii qaz ehtiyatının təxminən 50 trilyon kubfut olduğunu açıqlayıb.