İQTİSADİYYAT


BP: “Cənub” qaz dəhlizinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetdir

A+ A

Bakı, 22 noyabr, Nihad Budaqov, AZƏRTAC

“Cənub” qaz dəhlizinin vaxtında və nəzərdə tutulan büdcə daxilində tamamlanması əsas prioritetimizdir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri “BP Türkiyə”nin prezidenti Mik Stamp deyib.

Layihənin planlaşdırılan vaxtda bitirməyi hədəflədiklərini qeyd edən M.Stamp “Cənub” qaz dəhlizinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” qaz boru kəmərinin təməlinin bu ilin may ayında qoyulduğunu xatırladıb.

“Layihənin başlanğıc hissəsi olan “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” üzrə işlərin 50 faizi görülüb. “Şahdəniz-2” təbii qaz layihəsi uğurla irəliləyir. Trans-Anadolu qaz boru kəmərini (TANAP) Azərbaycan təbii qazi ilə təmin edəcək “Şahdəniz-2” layihəsi üzrə işlər sürətlə davam edir və işlərin 80 faizi artıq tamamlanıb. Layihədəki şəriklərimiz ilə əməkdaşlığımız uğurla davam edir. Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya Azərbaycan təbii qazını çatdırmaqdır.

Enerji təminatının davamlılığı və təhlükəsizliyi baxımından milyard dollarlıq boru kəmərlərinin mühafizəsinin çox əhəmiyyətli olduğunu bildirən M.Stamp deyib: “Təhlükəsizlik boru kəmərləri üçün vacib şərtdir. BP öz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün daim investisiya yatırır”.

Boru kəmərlərinin enerji daşıyıcılarının nəqlinin əsas hissəsini təşkil etdiyini deyən M.Stamp təhlükəsizliyin həmişə vacib məsələ olduğunu bildirib.

“Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr təbii qaz çıxarılması planlaşdırılır. Bu qazın 6 milyard kubmetrinin TANAP ilə Türkiyəyə, 10 milyard kubmetrinin isə TAP ilə Avropaya nəql edilməsi planlaşdırılır. Yeddi şirkətin səhmdarı olduğu “Şahdəniz-2” layihəsində BP-nin 28,8 faizlik payı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.