İQTİSADİYYAT


BP Misirə sərmayə yatırmaq niyyətindədir

A+ A

Əbu-Dabi, 16 noyabr, AZƏRTAC

Misir KİV-ləri Böyük Britaniyanın Qahirədəki səfirliyinin məlumatına istinadla xəbər verir ki, Britaniyanın BP neft şirkəti 2020-ci ilə qədər Misirə təqribən13 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Səfirliyin məlumatına görə, Böyük Britaniya artıq 2011-ci ildən Misirə təqribən 30,5 milyard dollar sərmayə yatırıb.

Bəyanatda deyilir: “Böyük Britaniya Beynəlxalq Valyuta Fondunun (BVF) qərarında təsisçi kimi mühüm rol oynayır və fonda böyük töhfə verir. Misir üçün islahatlar proqramı iqtisadiyyatda sabitliyin və etimadın bərpası, investisiyaların cəlb olunması və iş yerlərinin yaradılması yolu ilə ölkənin inkişaf perspektivlərini canlandıracaq”.

Məlumata görə, Böyük Britaniya yoxsul vətəndaşların güclənməkdə olan inflyasiyadan müdafiəsinə, işçi qüvvəsində qadınların iştirakını artıran yeni tədbirlərə, habelə beynəlxalq neft şirkətlərinə mövcud borcun ödənilməsinə əlavə olaraq ÜDM-nin 1 faizini ayırmaq öhdəliyi ilə bağlı müddəaları dəstəkləyir.

Bildirilir ki, BVF-nin Direktorlar Şurası Misirin 2011-ci il hadisələrindən sonra yaranan dərin iqtisadi böhranın və dollar qıtlığının öhdəsindən gəlməsinə kömək etmək üçün bu ölkəyə üç il müddətində 12 milyard dollar məbləğində kreditin ayrılmasını ötən həftə bəyənib. Misir Mərkəzi Bankının başçısı Tarik Əmirin bəyanatına görə, kredit təsdiq ediləndən dərhal sonra bank 2,75 milyard dollarlıq ilk tranşı alıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.