DÜNYA
BP Misirin nəhəng “Zöhr” qaz yatağında iştirak payı alır
Bakı, 26 noyabr, Nihad Budaqov, AZƏRTAC
BP şirkətinə Misirin super-nəhəng qaz yatağı olan “Zöhr”də 10 faizlik iştirak payı almaq üçün razılıq verilib.
AZƏRTAC “naturalgasworld.com”a istinadla xəbər verir ki, BP eyni şərtlərlə daha 5 faizlik pay almaq üçün 2017-ci ilin sonuna qədər müraciət edə bilər.
BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyib: “Biz “ENI” şirkəti ilə birgə Misir bazarına mühüm resursları gətirmək üçün sıx əməkdaşlıq edirik”.
Qeyd edək ki, İtaliyanın “ENI” şirkəti “Zöhr” yatağını 2015-ci ilin avqustunda kəşf edib. İndiyədək yataqdan 6 quyu qazılıb. “Zöhr” Aralıq dənizində kəşf olunan ən böyük qaz yatağı kimi qiymətləndirilir. “ENI”nin proqnozlarına görə, yatağın ümumi ehtiyatı 30 trilyon kubmetrdir. Yataqdan ilk təbii qazın hasilatı 2017-ci ildə planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]