İQTİSADİYYAT


BP: “Şahdəniz-2”dən 12 hasilat quyusu qazılıb, üç quyu isə tamamlanıb

Bakı, 11 may, AZƏRTAC

"Şahdəniz Mərhələ 2"dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazılıb, üç quyu isə tamamlanıb.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, birinci rübdə "Şahdəniz Mərhələ 1"in mövcud platformasında (Alfa) SDA10 qaz hasilatı quyusunun dərin hissələrində aparılan qazma işləri bitib və tamamlanma işlərinə başlanılıb. Bu işlər hazırda davam edir.

İstiqlal qazma qurğusu cari ilin yanvar-mart aylarında SDC03 və SDC02 quyularını tamamlayaraq SDC01 quyusunda da həmin işləri aparmaq üçün bu quyunun yerləşdiyi əraziyə keçib.

Heydər Əliyev (Maersk Explorer) qazma qurğusu SDF01 və SDF02 quyularının üst hissəsində qazma işlərini bitirib. Hazırda isə qurğu SDF01 quyusunun məhsuldar lay hissələrini qazmaqda davam edir.

Bu iki qazma qurğusu artıq "Şahdəniz Mərhələ 2"dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb, üç quyunu isə tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.