DÜNYA


BP–nin mənfəəti azalıb

A+ A

Bakı, 26 iyul, Nihad Budaqov, AZƏRTAC

Bu ilin ikinci rübündə BP şirkətinin mənfəəti 720 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 45 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin cari ilin birinci yarısı ilə bağlı hesabatında məlumat verilir. İlin birinci rübündə isə şirkətin mənfəəti 532 milyon dollar olub.

Cari ilin birinci yarısında BP-nin əsaslı xərcləri 7,9 milyard dollar təşkil edib. İl ərzində şirkətin əsaslı xərclərinin ümumilikdə 17 milyard dollardan az olacağı gözlənilir. Bu ilin ikinci rübünün sonuna BP-nin borcu 30,9 milyard dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.