DÜNYA
BRİTANİYA KRALİÇASININ BACISI DÜNYASINI DƏYİŞMİŞDİR
LONDON. Britaniya kraliçasının bacısı, şahzadə Marqaretin ölümünün dəqiq səbəbi barədə hələlik rəsmi məlumat yoxdur. Bukingem sarayının bəyanatında bildirilir ki, o, fevralın 9-da kral VII Eduard adına xəstəxanada, sübh tezdən, “yuxuda ikən” dünyasını dəyişmişdir.
İTAR-TASS-ın yaydığı xəbərə görə, Britaniya mətbuatı hesab edir ki, görünür, şahzadə Marqaret ürək tutmasından vəfat etmişdir. Ürək çatışmazlığı üzündən onun vəziyyətinin kəskin surətdə ağırlaşdığı barədə Bukingem sarayının bu yaxınlarda verdiyi məlumat da bu gümanı artırır. Kraliçanın bacısı son dörd ildə ən azı iki mikroinsult keçirmişdir.
Şahzadənin səhhəti zəif idi. 19 yaşından siqaret çəkən şahzadə gündəlik dozanı 60 siqaretə çatdırmışdı. 1998-ci ildə keçirdiyi mikroinsultdan sonra o, həkimlərin məsləhəti ilə bu zərərli vərdişdən əl çəkmişdi. Bununla belə, xidmətçilərin dediyinə görə, Marqeret arabir gizlincə siqaret çəkirmiş.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]