ELM VƏ TƏHSİL
BŞTİ tərəfindən Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən oktyabrın 25- də Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonu üzrə 185 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Qala qəsəbəsindəki 92, 185, 216, 323, Türkan qəsəbəsindəki 119, 262, 256 nömrəli məktəblərin müəllimləri və valideynlər müraciət edə bilərlər.
Binəqədi rayonu üzrə 276 nömrəli məktəbdə reallaşdırılacaq səyyar qəbula isə 3, 102, 276, 126, 244, 83, 135, 248, 283 nömrəli məktəblərin, 3 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin, 27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin, 14 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin müəllimləri və valideynlər müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək.
Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Səyyar qəbullar vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.