CƏMİYYƏT


BSU-da Beynəlxalq Müəllimlər Günü qeyd edilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva universitetin müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor rəhbərlik etdiyi ali məktəbin təhsildə qazandığı uğurlara görə müəllimlərə minnətdar olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində tələbələr mahnı və rəqslərdən nümunələr ifa edib, məktəbə, müəllimə həsr olunan şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.