İQTİSADİYYAT


“BUTA AIRWAYS” aviaşirkətinin livreyası və loqotipi təsdiq olunub

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “BUTA AIRWAYS”in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “BUTA AIRWAYS”in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir.

Aviaşirkətin parlaq livreyasında buta naxışları “Azərbaycan Hava Yolları” QSC-nin (“BUTA AIRWAYS” AZAL QSC-nin struktur bölməsidir) korporativ göy rəngində, həmçinin Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə təsvir olunub.

“BUTA AIRWAYS”in donanması müasir “Embraer” təyyarələrindən ibarət olacaq.

Hazırda aviaşirkətin qiymət siyasəti, daşınma qaydaları, həmçinin marşrut şəbəkəsinin işlənib hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

Bununla eyni vaxtda aviaşirkətin saytının işə salınması da gözlənilir. Sayt vasitəsilə aviabilet almaq mümkün olacaq. Həmçinin aviabiletləri kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.