Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BÜTÜN XALQIMIZ KÜRƏK-KÜRƏYƏ VERİB TORPAĞIMIZIN MÜDAFİƏSİNƏ QALXMALI VƏ DÜŞMƏNƏ LAYİQLİ CAVAB VERMƏLİDİR

Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyev Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində bölgədə yaranmış gərgin vəziyyətlə əlaqədar iyulun 25-də Bərdəyə gəlmişdir. Rayon icra hakimiyyəti binasında Ali Sovetin, Nazirlər Kabinetinin rəhbər işçilərinin və digər məsul şəxslərin iştirakı ilə keçirilən operativ müşavirədə Ağdam şəhərinin düşmən əlinə keçməsi ilə əlaqədar Bərdə, Ağcabədi və digər ətraf rayonlara pənah gətirmiş məcburi köçkünlərin məskunlaşdırılması, ərzaq, içməli su ilə təmin edilməsi, onlara tibb, ticarət xidməti göstərilməsi sahəsində təxirəsalınmaz vəzifələr müzakirə edilmişdir.

Müşavirədə qeyd olundu ki, bölgənin elektrik enerjisi, yanacaq, içməli su ilə təminatında əlavə əngəllər ortaya çıxmışdır. Məsələn, hər iki rayonda yüzlərlə artezian quyusu işləmir. Bunun bir səbəbi elektrik xətlərinin sıradan çıxmasıdırsa, digər səbəbi dərinlik nasoslarının vaxtında alınıb gətirilməməsidir. Acınacaqlı haldır ki, bir tərəfdən düşmən Ağdam rayonu ərazisindəki taxıl zəmilərinə od vurub yandırır, digər tərəfdən isə nisbətən təhlükəsiz ərazilərdə təsərrüfat işləri dayandırılmış, mal-qaranın, tədarük edilmiş məhsulların çıxarılmasına lazımi fikir verilmir.

Baş nazir Surət Hüseynov və Baş nazirin birinci müavini Vahid Əhmədov məlumat verdilər ki, respublikanın bütün əlaqədar nazirliklərinin, konsernlərinin, şirkətlərinin və baş idarələrinin rəhbərləri bölgəyə gələrək, yaranmış gərginliyin qısa vaxtda aradan qaldırılması işinə bilavasitə rəhbərlik edirlər. Bütün imkanlar, canlı qüvvə və texnika səfərbərliyə alınmışdır.

Müşavirədə bölgədə zəruri müdafiə tədbirləri görülməsi, taxıl biçininin sürətləndirilməsi və digər kənd təsərrüfatı işlərində ahəngdarlıq yaradılması zərurətindən danışıldı. Dövlətqaçqınkomun sədri İrşad Əliyev Ağdam rayonundan olan məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ilə əlaqədar görülmüş və nəzərdə tutulan əlavə tədbirlər haqqında məlumat verdi.

Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyev və respublikanın Baş naziri Surət Hüseynov rayon icra hakimiyyəti binasının qarşısındakı meydanda əhalinin nümayəndələri ilə görüşdülər. Ağdamın işğalı nəticəsində Bərdəyə xeyli məcburi köçkün gəlməsi ilə əlaqədar qarşıya çıxan problemlərin aradan qaldırılması yolları barədə açıq söhbət getdi. Görüşdə iştirak edən ağsaqqallar, Bərdə və Ağdam əhalisinin nümayəndələri azğın düşmənin təcavüzünün ən qısa vaxtda dayandırılması üçün respublika rəhbərliyinin lazımi tədbirlər görəcəyinə ümid etdiklərini bildirərək qeyd etdilər ki, yeni rəhbərliyə hamının böyük inamı vardır.

Görüş iştirakçıları dedilər ki, respublikada bütün qüvvələrin vahid bir cəbhədə birləşdirilməsi, təxribatçı dəstələrin cinayətkar hərəkətlərinə qətiyyətlə son qoyulması, orduda ciddi intizam yaradılması, ziyalıların, bütün xalqın yeni rəhbərlik ətrafında sıx birləşməsi vacibdir.

Bərdədə bundan əvvəl məskunlaşmış köçkünlərin və buraya yenicə pənah gətirmiş ağdamlıların qayğı və problemlərinin həlli ilə bağlı məsələlərdən danışanlar dedilər ki, əhalinin çox sıx olduğu bu bölgədə adamların ərzaq, içməli su ilə təminatında yaranmış çətinliklər tezliklə aradan qaldırılmalıdır.

Heydər Əliyev və Surət Hüseynov görüşdə çıxış edərək qeyd etdilər ki, Azərbaycan dövlətçiliyinin qorunması, torpaqlarımızın düşməndən təmizlənməsi üçün bütün xalq ayağa qalxmalı, təcavüzkara layiqli cavab verilməlidir. Onlar bildirdilər ki, respublikanın böhrandan çıxarılması, müharibənin başa çatdırılması üçün ən qəti tədbirlər görüləcəkdir.

Heydər Əliyev və Surət Hüseynov Bərdə rayonundakı Şirvanlı kənd orta məktəbində yerləşdirilmiş ağdamlı köçkünlərlə də görüşüb onların vəziyyəti ilə tanış oldular. Kəngərli kənd sakini, ağbirçək ana Gövhər Səfiyarova respublika rəhbərlərinin bu ağır gündə onlara baş çəkməsindən razılıq edərək dedi: “Xalqın ümidi göydə Allaha, yerdə sizədir. Sizi and verirəm Tanrıya, Azərbaycanı bəlaya salmış adamlara qarşı amansız olun. Axı, necə olur ki, Ağdam kimi bir şəhər təxribatçıların əli ilə demək olar ki, döyüşsüz təslim edilir? Bəs bütün bunlara nə vaxt son qoyulacaq?”

Respublika rəhbərləri burada yaşayan ailələrlə ayrı-ayrılıqda söhbət edib, onların ağır dərdinə şərik olduqlarını bildirdilər.

Məktəbin həyətinə toplaşmış ağdamlı qaçqınlarla görüş keçirildi. 90 yaşlı bir qadın Heydər Əliyevə və Surət Hüseynova müraciatlə dedi: İki oğlum şəhid olub, ailə üzvlərim girov götürülüb. Bu dərdlərə dözməyə özümdə güc taparam. Amma məni və minlərlə ağdamlını bu bəlaya düçar edənlərin əməllərinə dözə bilmirəm. Ümidimiz bunadır ki, siz xalqı öz ətrafınızda birləşdirəcək, torpaqlarımızın geri qaytarılmasına nail olacaqsınız.

Görüşdə danışanların hamısının fikri eyni idi: xalqın səbri tükənib. Respublikada hərc-mərclik aradan qaldırılmalı, əli silah tutanlar cəbhəyə gəlməlidir. Düşmənin təcavüzünə hamı sinə gərməlidir. Xalqın nicatı yalnız birlikdədir.

Heydər Əliyev və Surət Hüseynov torpaqlarımız uğunda döyüşlərdə öz övladlarını və əzizlərini itirmiş adamlara başsağlığı verdilər, köçkünlər qarşısında çıxış edərək bildirdilər ki, onların problemlərinin həlli üçün, ölkəni bu ağır vəziyyətdən çıxarmaq üçün tezliklə təsirli tədbirlər görüləcəkdir.

Respublika rəhbərləri Bərdənin Kətəlparaq kənd orta məktəbində sığınacaq tapmış qaçqınlara da baş çəkdilər. Köçkünlər respublikanın yeni rəhbərliyinin xalqı bu dözülməz vəziyyətdən xilas edəcəyinə böyük inam bəslədiklərini dönə-dönə qeyd etdilər.

Heydər Əliyev toplaşanlar qarşısındakı çıxışında qeyd etdi ki, ərazimizin 17 faizindən çoxu işğal edilsə də, Ağdam kimi iri yaşayış məntəqələrimiz düşmən tapdağı altında olsa da, mən inanıram ki, xalqımız və vətənimiz dirçələcək, biz kürək-kürəyə verib torpaqlarımızın müdafiəsinə qalxacaq və düşmənə layiqli cavab verəcəyik. Azərbaycanın nicatı bundadır ki, xalq onu aldatmış, özlərini millət qəhrəmanı kimi qələmə vermiş adamlar barədə öz sözünü desin, elliklə hamı torpaqlarımızın düşməndən xilas edilməsi uğrunda mübarizəyə qalxsın. Bizim işimiz haqq işidir, öz torpaqlarımızı qoruyuruq və qoruyacağıq. Siz əmin ola bilərsiniz ki, erməni təcavüzkarları işğal etdikləri Azərbaycan torpaqlarından gec-tez qovulub çıxarılacaqdır.

Köçkünlərlə görüşdə respublikanın Baş naziri Surət Hüseynov da çıxış etdi.

Respublika rəhbərlərini və onları müşayiət edən şəxsləri Ağcabədiyə aparan maşın karvanı Təzəkənd kəndinin kənarında yol boyunca sıralanmış alaçıqların yanında dayandı. Heydər Əliyev və Surət Hüseynov Ağdamın Əfətli, Ətyeməzli, Şelli və digər kəndlərindən gəlmiş köçkünlərlə görüşərək onların kədərinə şərik olduqlarını bildirdilər. Baş vermiş fəlakət nə qədər ağır olsa da, ağdamlılar öz torpaqlarına qayıdacaqlarına əmindirlər. Onlar dönə-dönə xahiş etdilər ki, Ağdamın düşmən əlinə keçməsi səbəbləri araşdırılsın. Respublikanın bütün sağlam qüvvələri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda mübarizəyə yönəldilsin.

Ağcabədi şəhərindəki 6 nömrəli uşaq bağçasında məskunlaşmış köçkünlər də H.Əliyevi və S.Hüseynovu dövrəyə aldılar. Suallar bir-birini əvəz edirdi: Təcavüzə nə vaxt son qoyulacaq? Respublikada əmin amanlıq yaranacaqmı? Təxribatçıların hərəkətləri niyə hələ də davam edir? Şəxsi dərdlər nə qədər ağır olsa da, heç kim onlardan söhbət açmırdı. Hamının fikri, niyyəti Azərbaycanın xilas edilməsi üçün tədbirlər görülməsi ilə bağlı idi.

Respublika rəhbərləri köçkünləri əmin etdilər ki, hər şey yoluna qoyulacaq, düşmənin hücumları qətiyyətlə dəf ediləcəkdir.

X X X

Elə həmin gün Bərdədə respublika Ali Soveti, Nazirlər Kabineti rəhbər işçilərinin, əlaqədar nazirliklərin, şirkətlərin, konsernlərin, Bərdə və ətraf rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirə keçirildi. Ağdamın işğalı ilə əlaqədar bölgədə yaranmış vəziyyət, köçkünlərin problemlərinin həlli və müdafiə sahəsində görüləcək tədbirlər müzakirə edildi.

Bərdə rayon icra hakimiyyətinin başçısı Məhəmməd Əliyevin, Dövlətqaçqınkomun sədri İrşad Əliyevin, müdafiə naziri vəzifəsini icra edən Səfər Əbiyevin, mühəndis qoşunlarının rəisi Cümşüd Qasımovun, səhiyyə naziri Rahim Hüseynovun, kənd təsərrüfatı nazirinin müavini Əfqan Babayevin, Taxıl Məhsulları Dövlət Şirkətinin vitse-prezidenti Soltan Eyyubovun, Meliorasiya və Su Təsərüfatı Komitəsinin sədri Əhməd Əhmədzadənin, Azərittifaqın İdarə Heyətinin sədri Eyvaz Hüseynovun, Dövlət Yanacaq Komitəsinin sədri Əli Şabanovun, “Azərenerji” Dövlət Şirkətinin prezidenti Vaqif Nəsibovun məlumatları dinlənildi.

Qeyd olundu ki, köçkünlərin sıx yaşadığı bir sıra bölgələrdə əhalinin təminatında çətinliklər yaranmışdır. Un çatışmır, yanacaq azdır, elektrik enerjisinin verilməsində fasilələr baş verir. Əhaliyə tibbi xidmətin təşkili üçün tədbirlər görülsə də, bu işə diqqət artırılmalıdır. İşğal olunmuş əraziyə yaxın yerlədən mal-qaranın, məhsulların çıxarılması üçün qəti tədbirlər görülməlidir. Əhaliyə ticarət xidməti xüsusi diqqət tələb edir. Ağdamlı köçkünlərin bir hissəsi Bərdə və ətraf rayonlardakı ictimai binalarda, məktəblərdə, klublarda, uşaq bağçalarında, şəxsi evlərdə yerləşdirilsə də, yol kənarında açıq havada yaşayanlar da çoxdur və onlar tezliklə buradan köçürülüb qaçqınların nisbətən az olduğu dağətəyi rayonlarda məskunlaşdırılmalıdır.

Respublikanın Baş naziri Surət Hüseynov müşavirədə çıxış edərək, Ağdamın işğalı nəticəsində bölgədə yaranmış ağır vəziyyətin aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələrdən danışdı və qeyd etdi ki, bütün imkanlar, ehtiyat mənbələri hərəkətə gətirilməli, torpaqlarımızın işğalının dayandırılması üçün ən qəti addımlar atılmalı, köçkünlərin problemləri qısa müddətdə həll olunmalıdır.

Surət Hüseynov çağırışçı gənclərin hərbi hazırlığının yüksəldilməsinə diqqəti artırmağın vacibliyi məsələsinə də toxundu. Baş nazir müşavirə iştirakçılarına, habelə respublikanın bütün əhalisinə müraciətlə dedi: Çalışmaq lazımdır ki, Ağdamın işğalı adamlarda inamsızlıq yaratmasın. Düşmənə layiqli cavab vermək üçün respublikada hər cür imkan və şərait var. Əgər düşmən öz işğalçılıq niyyətlərindən əl çəkməsə, biz qəti tədbirlərə əl atacağıq.

Baş nazir yaxın günlərdə respublika Nazirlər Kabinetinin strukturunda müəyyən dəyişikliklər ediləcəyi, bütün nazirliklərin fəaliyyətinin müharibə vəzifələrinin həllinə yönəldiləcəyi barədə də məlumat verdi.

Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyev müşavirəyə yekun vuraraq geniş nitq söylədi. O dedi ki, son illər Azərbaycan xalqı üçün çox ağır itkilərlə nəticələnmişdir. Respublika sosial-iqtisadi, ictimai-siyasi böhran içərisindədir. Şübhəsiz ki, bütün bunlar idarəetmə sisteminin zəifləməsi müxtəlif ictimai-siyasi qüvvələrin vəzifə uğrunda, hakimiyyət uğrunda mübarizə aparması nəticəsində baş vemişdir. Vəziyyətin bu həddə çatmasında ayrı-ayrı vəzifəli adamların məsuliyyətsizliyi və digər səbəblər də az rol oynamamışdır. Burada Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalmasının da böyük təsiri vardır. Elə bu günlərdə Ağdam şəhəri Ermənistan ordusu tərəfindən işğal edilmiş, xeyli əhali evsiz-eşiksiz qalmışdır. Bunu da unutmaq olmaz ki, Ağdamın işğalı son günlərin işi deyil. Uzun müddətdir ki, Ağdam şəhəri düşmənin ciddi hücumlarına məruz qalırdı. Hətta belə söz-söhbətlər gəzirdi ki, Ağdam şəhəri satıldı, verildi, burada ticarət gedir və s. bunların hamısına hələlik dəqiq qiymət vermək mümkün deyildir.

H.Əliyev sözünə davam edərək dedi: Sözsüz ki, istər Ağdamın, istərsə də digər rayonlarımızın işğalının səbəbləri dəqiq araşdırılacaq və bunun əsl günahkarları üzə çıxarılacaqdır. Qarabağın gözü olan Ağdamın işğalı xalqımız üçün böyük itkidir, hamını sarsıdır. Şübhəsiz ki, Müdafiə Nazirliyi təsirli tədbirlər görəcək və güman edirəm ki, bu tədbirlər öz nəticəsini verəcəkdir.

Natiq ağdamlı köçkünlərin qayğı ilə əhatə olunması sahəsində qarşıda duran vəzifələrdən geniş bəhs edərək bildirdi ki, hər bir vəzifəli şəxs bu məsələyə diqqətlə yanaşmalı, dərin kədər içərisində olan bu adamların problemlərinin həllini öz borcuna çevirməlidir.

Heydər Əliyev qeyd etdi ki, müqəddəs torpaqlarımızın işğalı adamlarımızı sarsıtmamalı və hamı inanmalıdır ki, gec-tez düşmən bu torpaqlardan çıxarılacaq və öz layiqli cavabını alacaqdır. Natiq respublikadakı bəzi qüvvələrin öz şəxsi məqsədləri üçün Ağdamın işğalından bir vasitə kimi istifadə etmələrinə olduqca təəssüfləndiyini bildirərək dedi ki, ağdamlılar, respublikanın bütün əhalisi ayağa qalxmalı, düşməni işğal etdiyi ərazidən qovub çıxarmalıdır.

H.Əliyev sözünə davam edərək dedi: Bu müqəddəs Bərdə torpağından Azərbaycan xalqına müraciət edirəm: Respublika böyük təhlükə qarşısındadır. Bu təhlükəni aradan qaldırmaq üçün ciddi tədbirlər görməli, xalqımızda vətənpərvərlik, döyüşkənlik ruhu yaratmalıyıq. Bu gün ağdamlılarla görüşərkən hətta 60-70 yaşlı adamlar bizə dedilər ki, silah verin, gedək vuruşaq, öz torpaqlarımız naminə şəhid olmaq bizim üçün burada çadır altında yaşamaqdan şərəflidir. Bu sözlər alqışa layiqdir. Beş ildir torpaqlarımızda müharibə gedir. Ancaq təəssüf ki, respublikamızda hələ müharibə əhval-ruhiyyəsi yoxdur.

Natiq orduya çağırış məsələləri üzərində geniş dayandı. O dedi: Orduda nizam-intizam pozulub. Bəzi adamlar ordu içərisində təxribatlar aparır, torpaqlarımızı qorumaq əvəzinə mitinqlər keçirirlər. Görəsən, torpağı qorumaq, yoxsa mitinq keçirməklə bir-iki adamı qorumaq vacibdir? Bəli, mən də reslublikada insan hüquqlarının qorunmasının tərəfdarıyam. Lakin soruşuram, bəs Qarabağ bölgəsində zavallı gənclərin, qocaların, qadınların, uşaqların qırılması insan hüquqlarının pozulması demək deyilmi?

Heydər Əliyev nüfuzlu beynəlxalq təşkilatların köməyi ilə danışıqlar yolu ilə müharibəyə son qoyulması üçün respublika rəhbərliyinin gördüyü işlər barədə də müşavirə iştirakçılarına geniş məlumat verərək dedi ki, hazırda ABŞ, Rusiya və Türkiyə Ağdamın geri qaytarılmasını tələb edirlər.

H.Əliyev çıxışının sonunda dedi: Xalqımız mütləq birləşməli, səfərbər olmalı, özünün vətənpərvərlik hisslərini geniş nümayiş etdirməli, torpaqlarımızı düşməndən azad etməlidir. Bu, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Mən sizi, bütün Azərbaycan xalqını bu müqəddəs borcu yerinə yetirməyə çağırıram.

Respublika Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov, Baş nazirin birinci müavini Vahid Əhmədov, Baş nazirin müavinləri Kamil Vəliyev, Əsgər Məmmədov, Əli Təhməzov, daxili işlər naziri Vaqif Novruzov, milli təhlükəsizlik nazirinin birinci müavini Namiq Abbasov, müdafiə nazirinin səlahiyyətlərini icra edən Səfər Əbiyev və digər rəsmi şəxslər səfərdə Heydər Əliyev və Surət Hüseynov ilə birgə olmuşlar.

X X X

Elə həmin gün Heydər Əliyev və Surət Hüseynov Gəncə şəhərinə gəlmiş, burada hərbçilərlə müşavirə keçirmişlər.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub