DÜNYA
BVF: Litvada vergi yükü çox aşağıdır
Bakı, 19 iyul, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) Litvaya aid son hesabatında göstərib ki, bu ölkə vergi inzibatçılığını təkmilləşdirmək və xüsusi vergi sxemlərini ləğv etmək yolu ilə tutulan vergilərin həcmini artırmalıdır.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, məruzədə Litvada vergi yığımının ÜDM-ə nisbəti Avropa ölkələri üzrə ən aşağı səviyyədə olması qeyd edilib.
BVF-nin mövqeyinə görə, bunun əsas səbəbi vergi sisteminin kifayət qədər məhsuldar işləməməsi, eləcə də “kölgə iqtisadiyyatı”nın mövcudluğudur.
Məruzədə həmçinin bildirilib ki, Litvada vergi dərəcələri həm korporasiyalar, həm varlı vətəndaşlar, həm də sıravi vətəndaşlar üçün xeyli aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]