DÜNYA
BVF: dünya iqtisadiyyatının borc yükü təhlükəli dərəcədə artıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Dünya iqtisadiyyatı borc çuxurundadır. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamasına görə, ötən il dünya ölkələrinin ümumi borcu 152 trilyon dolları keçib. Bu, qlobal ümumi daxili məhsulun 225 faizi deməkdir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, fondun “Fiscal Monitor” məruzəsinə əsasən, hazırda dövlət borclarının dünya iqtisadiyyatına yüklənməsi Böyük Depressiya zamanında olduğundan daha artıqdır.
Borcun ümumi məbləğinin 2/3 hissəsi, təxminən 100 trilyon dolları özəl sektorun payına düşür. BVF bu göstəricinin sürətlə artmasının çox zaman maliyyə böhranı astanasında müşahidə olunduğunu qeyd edir.
Məruzədə vurğulanır ki, 2008-2009-cu illər böhranından əvvəl bir çox dövlətlər xeyli vəsait xərcləyərək borca girirdilər. Lakin iqtisadiyyatdakı artım inflyasiya ilə birgə zəiflədi və inkişaf etmiş ölkələrin mərkəzi bankları kredit üzrə faiz dərəcələrini tarixi minimuma qədər aşağı salmağa məcbur oldu. Bir tərəfdən kreditin əlçatan olması, digər tərəfdən isə onun iqtisadi artıma çevrilməməsi vəziyyəti bir qədər də ağırlaşdırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]