REGİONLAR


Baba Vəziroğlu Sumqayıt tələbələrinin qonağı olub

A+ A

Sumqayıt, 26 noyabr, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən universitetin rektoru, professor Elxan Hüseynov belə tədbirlərin ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, onların dünyagörüşlərinin əhatəli olmasına xidmət etdiyini deyib.

“Baba Vəziroğlu özünəməxsus yaradıcılıq üslubuna malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Baba Vəziroğlunun poeziyasında Vətənə, xalqa, torpağa bağlılıq, sevgi üstünlük təşkil edir. O, mahnı yaradıcılığı sahəsində də səmərəli fəaliyyət göstərir”,- deyə rektor bildirib.

Bədii gecədə iştirak edən şairin sənət dostu, Xalq Artisti, tanınmış bəstəkar Faiq Sücəddinov, Respublikanın Əməkdar İncəsənət Xadimi Şeyx Əbdül Mahmudbəyov və başqaları şair haqqında ürək sözlərini, xatirələrini bölüşüblər və ona yaradıcılığında uğurlar arzulayıblar.

Sonra şairin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

Tələbələr B.Vəziroğlunun şeirlərini səsləndiriblər, onun sözlərinə yazılmış mahnıları ifa ediblər.

Şair oxucuların suallarını cavablandırıb və tədbirin təşkilinə görə ali məktəbin kollektivinə dərin təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.