İQTİSADİYYAT


“Babaların Tarixi Zəfər və Şəhadət Yolu” beynəlxalq turizm marşrutu yaradılacaq

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

“Babaların Tarixi Zəfər və Şəhadət Yolu” beynəlxalq turizm Marşrutu yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu layihə ilə tanışlıq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm müəssisələri ilə iş komissiyası”nın iclasında baş verib.

Komissiyanın sədri, sağlamlıq və termal turizm assosiasiyasının sədri, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev bildirdi ki, bu gün Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdə turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Odur ki, yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənən Azərbaycanda tezliklə turizm sektorunun daha templə inkişafı diqqət mərkəzində olmalıdır.

İclasda qeyd olunub ki, komissiyanın əsas fəaliyyət istiqamətləri ölkəmizdə turizmin inkişafı üçün yeni imkanları, hədəfləri müəyyənləşdirmək, turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmaq, turizm sahəsində fəaliyyət göstərən qurumların, birliklərin fəaliyyətinin əlaqələndirilməsi, ASK-ın timsalında ölkədə milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi və onların fəal potensialından istifadə edərək xarici iqtisadi əlaqələri və beynəlxalq iqtisadi əməkdaşlığı müasir tələblərə uyğun qurmaq, həmçinin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaqdan ibarət olacaqdır.

Toplantıda iştirak edən digər qurumların nümayəndələri də ölkəmizdə turizm sahəsində mövcud vəziyyətlə bağlı maraqlı təkliflər səsləndiriblər. AMEA-nın Texniki Estetika İnstitutunun direktoru Qurban Dostəlizadə beynəlxalq və regional turizmin inkişafına sərmayə yatırmaq arzusunda olan investorlar üçün maraqlı biznes təklifi ilə çıxış edib. “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi ilə komissiya üzvlərini tanış edən Q.Dostəlizadə 10 ildən çoxdur layihə üzərində işlədiyini qeyd edib. Bildirib ki, layihədə əsasən Azərbaycan–Türkiyə arası “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” adı ilə Qafqaz regionu ölkələrini əhatə edəcək beynəlxalq turizm marşrutunun yaradılması qərara alınıb. Layihə müzakirə edilib, gələcəkdə komissiya üzvlərinin də bu işdə maraqlı ola biləcəkləri qənaətinə gəlinib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.