REGİONLAR


Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 20 cərrahi əməliyyat aparılıb

A+ A

Babək, 14 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 20 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə pulsuz tibbi xidmət göstəriblər.

AZƏRTAC xəbər verir ki, 26 nəfər müayinə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.

Babək rayonunun Nehrəm kənd sakini Əli Əliyev başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə göstərilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçilərindən ibarət digər briqadası isə Babək rayonunun Cəhri kəndində əhaliyə kütləvi tibbi xidmət göstərib. Belə ki, kənd sahə xəstəxanasında 30 nəfər ultrasəs və elektrokardioqrafiya müayinəsindən keçib, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib. Laboratoriya işçilərinə tibbi cihaz və avadanlıqlardan istifadə qaydaları izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.