REGİONLAR


Babək Rayon Mərkəzi Xəstəxanasında bir gündə 22 cərrahi əməliyyat aparılıb

Babək, 8 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri müasirtipli səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında 30 müayinə, 22 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.

AZƏRTAC xəbər verir ki, xəstəxanada 16 nəfər ultrasəs və elektrokardioqrafiya müayinəsi olunub, onlardan qan analizləri götürülüb, müvafiq tibbi məsləhətlər verilib.

Cərrahi əməliyyatlar həkim-cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Zeynəb Məmmədova, İlham İsmayılov, anestezioloq-reanimatoloqlardan Ənvər Şıxəliyev, Zaur Həsənov və əməliyyat tibb bacıları tərəfindən icra olunub. Onlar 30 xəstəni müayinə ediblər. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji, qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.

Babək rayonunun Hacıvar kənd sakini, 68 yaşlı əmək veteranı Nizami Məmmədov başqa yerə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə göstərilən xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib. Digər xəstələr də tibbi xidmətdən razı qaldıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.