REGİONLAR


Babək idmançıları basketbol üzrə yoldaşlıq görüşünün qalibi olub

A+ A

Naxçıvan, 23 noyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş basketbol üzrə yoldaşlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov və Babək rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Emin Hüseynov ölkəmizdə idmanın inkişafı, həmçinin keçirilən yarışın mahiyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşıb. Müstəqillik illərində idmanla bağlı qanunvericilik təkmilləşdirilib, maddi-texniki baza yaxşılaşdırılıb, böyük idman kompleksləri, idman-sağlamlıq mərkəzləri tikilib. Bu gün Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ilə Babək rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi oyunda hər iki qurumun komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə Babək basketbolçuları rəqibinə 64:38 hesabı ilə qalib gəlib.

Sonda qalib komandanın idmançılarına təşkilatçıların diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.