REGİONLAR


Babək rayonunda əmək yarmarkası keçirilib

A+ A

Babək, 4 avqust, AZƏRTAC

Əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafa nail olunmasının başlıca amillərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Babək rayonunda keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.

Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev qeyd edib ki, muxtar respublikada məşğulluq probleminin həll edilməsi diqqət mərkəzində saxlanılır, digər vasitələrlə yanaşı, əmək yarmarkalarından istifadə olunmasına da ciddi önəm verilir. Son illər bölgədə yeni istehsal və emal müəssisələrinin yaradılması, tikinti-quruculuq işlərinin geniş vüsət alması əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərib. Belə tədbirlərin davamlı xarakter daşıması vətəndaşların daimi iş yerləri ilə təminatında böyük rol oynayır.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov çıxış edərək bildirib ki, əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu onu göstərir ki, muxtar respublikada insan amilinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Sonra işaxtaran vətəndaşlar əmək yarmarkasına çıxarılan vakant iş yerləri ilə tanış olublar. 15 müəssisədən 110 boş iş yerinin çıxarıldığı yarmarkada, 23 nəfərə işə göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.