MƏDƏNİYYƏT
“Baddi ayısı” adlı müsabiqənin mükafatlandırma mərasimi keçiriləcək
Bakı, 8 fevral, AZƏRTAC
“Baddi ayısı” Berlinin simvoludur və hazırda dünyanın bir çox ölkəsində orijinal sənət əsəri kimi nümayiş olunur. Heykəl Bakıda da qurulacaq. Heykəli rəngləyəcək rəssam münsiflər heyəti tərəfindən seçilib və rənglənmiş heykəl “İSR Plaza” mehmanxanası yaxınlığında yerləşdiriləcək.
Müsabiqə Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rəssamlıq Akademiyasının birgə layihəsidir. Ötən ilin noyabrında açıq elan edilən müsabiqə üçün ümumilikdə 35 dizayn işi təqdim olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 9-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Baddi ayısı” adlı müsabiqənin mükafatlandırma mərasimi və dizayn işlərdən ibarət sərgi açılacaq.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əsərləri təqdim olunacaq. Sərgi fevralın 14-dək açıq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]