CƏMİYYƏT


Bağbanlar üçün faydalı vəsait

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin “Bağbanın konspekti” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab landşaft memarlığı sahəsində çalışan mütəxəssislərə, bitkilərin becərilməsi ilə məşğul olan bağbanlara, təbiət və gülçülük həvəskarlarına lazımi bilgilər verir. Müəllif kitabda özünün əldə etdiyi bilik və təcrübəni də bölüşür, bitki həvəskarlarını maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirir.

Kitabda bitkilərin becərilmə prinsipləri, onların üzərində aparılan əməliyyatlar, dekorativ bitkilərə göstərilən aqrotexniki quluq qaydaları və s. barədə də ətraflı məlumatlar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.