DÜNYA


Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 4 nəfər ölüb

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də İraqın paytaxtı Bağdad şəhərinin cənub hissəsində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində azı 4 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Bayaa rayonunda baş verib. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, İraqın bir hissəsini nəzarəti altına alan İŞİD qruplaşmasının fəaliyyəti ilə əlaqədar ölkədə gərgin vəziyyət davam edir. 2014-2015-ci illərdə silahlılar Ənbar əyalətinin çox hissəsini ələ keçirib. Lakin son zamanlar İraqın hökumət qüvvələri bəzi rayonları, o cümlədən Ramadi və Fəllucə şəhərlərini geri almağa nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.