DÜNYA


Bağdadda növbəti partlayış: ən azı 7 nəfər həlak olub

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

İraqın paytaxtının şimalındakı Əl-Rəşidiyyə rayonunda baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, partlayışa kamikadzenin idarə etdiyi minalanmış avtomobilin işə düşməsi səbəb olub. Partlayışa görə məsuliyyəti hələ ki heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Qeyd edək ki, iyulun 12-də də Ər-Rəşidiyyə rayonunda baş verən analoji hücum nəticəsində 9 nəfər həyatını itirib, 30 nəfərdən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə Bağdadın mərkəzində çox sayda restoranın və ticarət mərkəzinin yerləşdiyi Əl-Karrada rayonunda iki terror hadisəsi baş verib. Son məlumata görə insident nəticəsində 300-ə yaxın insan həlak olub, yüzlərlə insan isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.