DÜNYA


Bağdadda partlayış nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb VİDEO

A+ A

Bakı, 31 dekabr, AZƏRTAC

İraqın paytaxtı Bağdadın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində baş verən iki partlayış nəticəsində həlak olanların sayı 21-ə çatıb, 40-dan çox insan yaralanıb.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, terrorçu-kamikadze özünü ticarət mərkəzində avtomobil ehtiyat hissələri satılan dükanın önündə partladıb. Bunun ardınca həmin yerdə qabaqcadan quraşdırılmış digər bomba işə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.