DÜNYA


Bağdadda partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

İraqın paytaxtında yerləşən ticarət mərkəzində baş verən partlayış nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb, 60 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, terror aktı sentyabrın 9-da törədilib. Bomba yüklənmiş avtomobil Bağdad şəhərinin şərqində yerləşən ticarət mərkəzinin qarşısında partladılıb. Daha bir partlayıcı isə ticarət mərkəzinə məxsus avtomobil dayanacağında işə salınıb.

Hadisənin məsuliyyətini ölkədə fəaliyyət göstərən İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.