DÜNYA


Bağdadda sutka ərzində ikinci partlayış törədilib

Bakı, 30 may, AZƏRTAC

İraqın paytaxtı Bağdad şəhərində sutka ərzində baş verən ikinci partlayış nəticəsində azı 7 nəfər həlak olub, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayıcı qurğu avtomobildə yerləşdirilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Bundan əvvəl Bağdad şəhərinin mərkəzində, dondurma mağazasının qarşısında törədilən partlayış nəticəsində isə 13 nəfər həlak olmuş, 30-dan artıq insan yaralanmışdı.

Qeyd edək ki, ölkənin bir hissəsini nəzarət altına alan İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir. Münaqişədən, həmçinin dinc sakinlər də əziyyət çəkir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.